Almaniyada qadınlar hərbi xidmətə çağırıla bilər
Almaniyada qadınların hərbi xidmətə cəlb edilməsi və ölkənin yeni hərbi xidmət qaydaları gündəmdədir.
Operativ Media xəbər verir ki, bu barədə “Sky News” videoreportaj hazırlayıb.
Reportajda yalnız qadınların iştirak etdiyi hərbi hazırlıq düşərgəsindən görüntülər təqdim olunub.
Jurnalistlər gənc qadınların Almaniyada tətbiq edilən yeni hərbi xidmət qaydalarına münasibətini öyrəniblər.
Yeni qaydalara əsasən, 18 yaşlı gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir. Kişilər üçün bu sorğunun cavablandırılması məcburidir, qadınlar isə sorğuda könüllü iştirak edə bilərlər.
Almaniyada hərbi xidmətə könüllülərin cəlb edilməsinin genişləndirilməsi nəzərdə tutulur. Könüllülərin sayının kifayət etmədiyi halda məcburi hərbi xidmətin tətbiqi üçün parlamentin ayrıca qərar qəbul etməsi tələb olunur.