Menyu

KİV: Ər-Riyadda partlayış baş verib

Operativ Media
KİV: Ər-Riyadda partlayış baş verib
1 dəq oxu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) ölkədəki müxbirinə istinadla məlumat yayıb.

Agentlik hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Bildirilib ki, partlayış Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının husilərin raket hücumuna məruz qalmasından bir gün sonra baş verib.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi daha əvvəl husilərin hücumu nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin yaralandığını bildirib.

Əlaqəli Xəbərlər