Menyu

Tanzaniyada bərə batıb

Operativ Media
Tanzaniyada bərə batıb
1 dəq oxu

Tanzaniyanın ərazi sularında, Nyasa gölündə bərənin yanaraq partlaması və batması nəticəsində azı 3 nəfər ölüb, 40 nəfər xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə “The Tanzania Times” qəzeti məlumat yayıb.

Bildirlib ki, Mozambikdə qeydiyyatdan keçmiş “MV Chambo” adlı gəmi əvvəlcə alışıb, daha sonra partlayaraq batıb.

İlkin məlumatlara əsasən, gəminin göyərtəsində 44 nəfər olub. 

Onlardan 40-ı xilas edilib, 3 nəfər həyatını itirib, daha bir nəfərin taleyi isə naməlum olaraq qalır. Ölənlərin Malavi, Mozambik və Tanzaniya vətəndaşları olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Əlaqəli Xəbərlər