Menyu

İran ABŞ-yə cavab verib

Operativ Media
İran ABŞ-yə cavab verib
1 dəq oxu

"Hazırda amerikalılar bizə cavab veriblər".

Operativ Media  xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır.

"Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox", – Rezai vurğulayıb.

Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.

"Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər", – İran rəsmisi əlavə edib.

Əlaqəli Xəbərlər