Menyu

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib

Operativ Media
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib
1 dəq oxu

Türkiyədə qanunsuz mərc oyunları ilə məşğul olan və hesablarında 7 milyard lirə (391249.43 dollar) olan şəxslərə qarşı əməliyyat keçirilib, 59 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Osmaniyə mərkəzli 8 vilayətdə "Qeyri-qanuni mərc" cinayətinə qarşı jandarm tərəfindən keçirilən əməliyyatlarda hesablarında 7 Milyard TL pul dövriyyəsi olan 59 şübhəli saxlanılıb", - DİN-dən bildirilib.

Şübhəlilərin internet saytları üzərindən qeyri-qanuni mərc oynatdıqları və qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdikləri, qeyri-qanuni mərc yolu ilə əldə edilən cinayət gəlirlərini müxtəlif üsullarla maliyyə sisteminə daxil etdikləri müəyyən edilib:

Əlaqəli Xəbərlər