Menyu

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Operativ Media
Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb
1 dəq oxu

Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb.

Operativ Media xəbər verir ki, bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər Pxenyan ərazisindən buraxılıb və təxminən 900 kilometr məsafə qət edib. Cənubi Koreya ordusu mümkün əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Əlaqəli Xəbərlər