Menyu

Belçika 2005-ci ildən Qazaxıstan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə qoyub

Nicat Hüseynli
Belçika 2005-ci ildən Qazaxıstan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə qoyub
1 dəq oxu

Belçika 2005-ci ildən bəri Qazaxıstan iqtisadiyyatına 15 milyard ABŞ dollarından çox investisiya yatırıb.

Operativ Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belçika Kralı Filipp ilə danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

Tokayev nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu qeyd edib. Tərəflərin biznes forumu və digər tədbirlər çərçivəsində yeni sazişlər imzalaması gözlənilir.

Əlaqəli Xəbərlər