Menyu

Səudiyyə Ərəbistanı neft ixracı gücünü gündəlik 10 milyon barelə çatdırmaq istəyir

Nicat Hüseynli
Səudiyyə Ərəbistanı neft ixracı gücünü gündəlik 10 milyon barelə çatdırmaq istəyir
1 dəq oxu

Səudiyyə Ərəbistanı boru kəmərləri vasitəsilə xam neft ixracı gücünü gündəlik 10 milyon barelə çatdırmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bunu ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salman Ər-Riyadda keçirilən Dünya Neft Konqresində bildirib.

Nazirin sözlərinə görə, daxili qaz boru kəmərinin müvəqqəti olaraq neft nəqlinə uyğunlaşdırılması 7-8 həftə ərzində ixrac gücünü gündəlik 1,2 milyon barel artırmağa imkan verə bilər. Əlavə investisiyalar hesabına bu göstəricinin daha 3 milyon barel artırılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər