Menyu

Pərviz Şahbazov OPEC+ ölkələrinin nazirlərinin iclasında iştirak edib

Operativ Media
Pərviz Şahbazov OPEC+ ölkələrinin nazirlərinin iclasında iştirak edib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında qlobal neft bazarındakı vəziyyətin müzakirə olunduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə X-da paylaşım edib.

Bildirilib ki, daşınma və sığorta xərclərinin artmasının bazara təsirləri nəzərdən keçirilib. 

Bazar sabitliyinin təmin olunması üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə nəqlinin vacibliyi vurğulanıb.

Nazir əlavə edib ki, OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Əlaqəli Xəbərlər