Menyu

İndoneziyada vulkan 900 metr hündürlüyə kül püskürüb

Operativ Media
İndoneziyada vulkan 900 metr hündürlüyə kül püskürüb
1 dəq oxu

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında püskürmə baş verib. Kül sütunu 900 metr hündürlüyə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.

Məlumata görə, baş verən püskürmə 110 saniyə davam edib.

Altı saat ərzində vulkan ərazisində 31 vulkanik zəlzələ qeydə alınıb. Hazırda vulkanın təhlükə səviyyəsi 3-cü dərəcə olaraq qiymətləndirilir.

Əlaqəli Xəbərlər