Menyu

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

Operativ Media
Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb
1 dəq oxu

Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində beş nəfər həlak olub, 30 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Bildirilib ki, Karaçidən Peşəvərə hərəkət edən “Rehman Baba Express” qatarının 14 vaqonunun hamısı relsdən çıxıb. 

Yaralılar xəstəxanaya çatdırılıb, xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Əlaqəli Xəbərlər