Menyu

TƏBİB: Bu ilin 8 ayı ərzində əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Operativ Media
TƏBİB: Bu ilin 8 ayı ərzində əhaliyə 65 milyondan çox  tibbi xidmət göstərilib
1 dəq oxu

2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.

Bu barədə Operativ Media-ya TƏBİB-dən məlumat verilib.

Hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.

Əhaliyə göstərilən tibbi xidmətlərin həcmində təcili tibbi yardım xidmətləri də mühüm paya sahibdir. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 2026-cı ilin ilk 8 ayı ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb.

Tibbi xidmətlərin əhali üçün daha əlçatan, keyfiyyətli və pasiyentyönümlü şəkildə təşkili istiqamətində TƏBİB tərəfindən tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər