Menyu

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında üç sənədi ratifikasiya edib

Operativ Media
Milli Məclis Azərbaycanla Qırğızıstan arasında üç sənədi ratifikasiya edib
1 dəq oxu

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri, beynəlxalq avtomobil əlaqələri və birgə inkişaf fondunun fəaliyyəti ilə bağlı üç sənədi ratifikasiya edib.

Operativ Media xəbər verir ki, müvafiq qanun layihələri parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiqi, eləcə də Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi ilə bağlı İkinci Əlavə Sazişin təsdiqi haqqında qanun layihələri ayrı-ayrılıqda səsverməyə qoyulub.

Hər üç qanun layihəsi bir oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər