Menyu

Azərbaycan və Özbəkistan transsərhəd elektron sənəd dövriyyəsi üzrə layihə həyata keçirə bilərlər

Operativ Media
Azərbaycan və Özbəkistan transsərhəd elektron sənəd dövriyyəsi üzrə layihə həyata keçirə bilərlər
1 dəq oxu

Azərbaycan və Özbəkistanın vergi orqanları arasında transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun aparat rəhbəri Cavanşir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və rəqəmsal vergi inzibatçılığı ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə Özbəkistana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Vergi Komitəsində olub, iki ölkənin vergi orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair görüşlər keçirilib.

Birgə pilot layihənin əsas məqsədi elektron rəqəmsal imzaların avtomatik yoxlanılması mexanizminin yaradılması, bununla da iki ölkə arasında qarşılıqlı ticarət zamanı müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və sürətləndirilməsidir. Özbəkistan tərəfi Azərbaycan tərəfini ölkənin vergi inzibatçılığı sistemində tətbiq olunan rəqəmsal həllərlə tanış edib, vergitutma metodologiyasının ayrı-ayrı istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində müzakirə edilən mövzular üzrə əməkdaşlığın davam etdirilməsi məqsədilə müvafiq Protokol imzalanıb.

Əlaqəli Xəbərlər