Menyu

Binədəki 136 saylı məktəbdə iki azyaşlıya tibbi yardım göstərilib

Ayşən Sadıxzadə
Binədəki 136 saylı məktəbdə iki azyaşlıya tibbi yardım göstərilib
1 dəq oxu

Bakıda yerləşən 136 saylı məktəbdə iki azyaşlıya tibbi yardım göstərilib.

TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 13-də saat 09:40 radələrində Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına göndərilən təcili tibbi yardım briqadası kişi cinsli iki azyaşlıya yerində tibbi yardım göstərib.

Əlaqəli Xəbərlər