Menyu

Türkiyədə 39 vilayətdə dələduzluq əməliyyatı keçirilib, 159 nəfər saxlanılıb

Nicat Hüseynli
Türkiyədə 39 vilayətdə dələduzluq əməliyyatı keçirilib, 159 nəfər saxlanılıb
1 dəq oxu

Türkiyədə sərmayə dələduzluğu ilə bağlı 39 vilayətdə keçirilən əməliyyatlar zamanı 159 şübhəli saxlanılıb.

Operativ Media  xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Onun sözlərinə görə, şübhəlilərin 6 milyard 656 milyon lirədən çox pul dövriyyəsi olub, 23 vətəndaşa isə ümumilikdə 51,4 milyon lirə zərər vurulub.

Əməliyyat zamanı şübhəlilərin bank və kriptoaktiv hesablarına həbs qoyulub, beş zərgərlik şirkətinin fəaliyyəti ilə bağlı araşdırma başlanıb.

Əlaqəli Xəbərlər