Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xorvatiyanın paytaxtı Zaqrebdə "Deqloballaşma dövründə Enerji və Qida Suverenliyi" mövzusunda keçirilən 10-cu Beynəlxalq Enerji Forumunun panel müzakirələrində Azərbaycan-Aİ enerji əməkdaşlığından bəhs olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.
"Çıxışımda əsas diqqət Azərbaycan-Avropa İttifaqı (Aİ) enerji əməkdaşlığına, Bakının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə, ən yüksək siyasi səviyyə də daxil olmaqla bütün səviyyələrdə ikitərəfli mübadilələrin artan intensivliyinə, bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərinə və Asiya ilə Avropa arasında bağlantıların gücləndirilməsində Orta Dəhlizin artan strateji əhəmiyyətinə yönəldilib", - səfir bildirib.
Was pleased to participate today in the panel discussions at the 10th International Energy Forum INTERENEF, held in Zagreb under the title “Energy and Food Sovereignty in an Era of Deglobalization.”
— Anar Imanov (@A_L_Imanov) October 13, 2026
My remarks focused on Azerbaijan–EU energy cooperation, Azerbaijan’s… pic.twitter.com/3s5yYNcrg0