Menyu

İstanbulda 5 mərtəbəli binada yanğın baş verib

Operativ Media
İstanbulda 5 mərtəbəli binada yanğın baş verib
1 dəq oxu

İstanbulun Arnavutköy rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verən yanğın nəticəsində tüstü səbəbindən köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə böyüyüb. Hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

“Yanğın söndürülüb, binanın damına ziyan dəyib. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər