Menyu

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşır

Operativ Media
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə iddiaları təkzib edib.

Operativ Media xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ-nin Ukraynaya yardım göstərməyə və kəşfiyyat məlumatlarını paylaşmağa davam etdiyini bildirib.

Tramp Vaşinqtonun həm Ukrayna, həm də Rusiya ilə əməkdaşlıq edərək müharibəni başa çatdırmağa çalışdığını vurğulayıb.

Əlaqəli Xəbərlər