Menyu

ABŞ Nikaraquadakı diplomatını təcili Vaşinqtona çağırır

Operativ Media
ABŞ Nikaraquadakı diplomatını təcili Vaşinqtona çağırır
1 dəq oxu

ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkili Elias Baumannı təcili məsləhətləşmələr üçün Vaşinqtona çağırır.

Operativ Media-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun yazılı açıqlamasında bildirilib.

Onun sözlərinə görə, qərar dövlət katibi Marko Rubionun göstərişi ilə Nikaraqua həmsədrləri Rosario Murillo və Daniel Orteqanın Nataşa Françeskanın ABŞ səfiri təyin edilməsi ilə bağlı razılığa gəlməməsindən sonra verilib.

"Murillo və Orteqanın qərarı onların konstruktiv diplomatik dialoqa getmək istəmədiklərini göstərir", - bəyanatda deyilir.

Piqott vurğulayıb ki, açıq diplomatik kanalların saxlanması beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir.

Onun fikrincə, Nikaraqua hakimiyyətinin ABŞ Konqresi tərəfindən təsdiqlənmiş Françeskanın namizədliyini qəbul etməkdən imtinası onların qarşılıqlı hörmət bəyanatlarına ziddir və Nikaraqua xalqının maraqlarına zərər verir.

Əlaqəli Xəbərlər