Menyu

Prezident: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib

Operativ Media
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib
1 dəq oxu

“Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir”.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev VI “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 1500 kilometrə yaxın yol tikilib. Onun sözlərinə görə, 11,7 kilometr uzunluğunda Murovdağ tuneli mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib.

Prezident bildirib ki, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib, dəmir yollarının inşası isə davam etdirilir.

İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Əlaqəli Xəbərlər