Menyu

OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

Operativ Media
OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb
1 dəq oxu

Sentyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupu üzrə neft hasilatı əvvəlki aya nisbətən təxminən 2 milyon 60 min barel artaraq gündəlik 40 milyon 620 min barelə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, Səudiyyə Ərəbistanı bu artıma liderlik edərək hasilatı 2 milyon 330 min barel artıraraq 8 milyon 300 min barelə yüksəldib.

Ay ərzində OPEC+ üzvü olmayan ölkələr üzrə tədarük də 480 min barel artaraq 77 milyon 90 min barelə çatdı. Bu, Birləşmiş Ərəb Əmirliklərindən hasilatın artması və mövsümi təmirdən sonra Böyük Britaniyada dənizdə hasilatın bərpa olunması ilə əlaqədardır.

Əlaqəli Xəbərlər