Menyu

SEPAH: Hörmüz boğazında konteyner gəmisi batıb

Nicat Hüseynli
SEPAH: Hörmüz boğazında konteyner gəmisi batıb
1 dəq oxu

Hörmüz boğazının cənub hissəsində minaya düşən konteyner gəmisi batıb. Gəminin təxminən 2 500 konteyner daşıdığı bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında, İran hakimiyyəti ilə razılaşdırılmamış marşrutla boğazdan keçməyə cəhd edən gəmidə baş verib. Partlayışdan sonra yanğın başlayıb və gəmi batıb.

Əlaqəli Xəbərlər