Menyu

Türkiyədə FETÖ və İŞİD-ə qarşı əməliyyatlarda 33 nəfər saxlanılıb

Nicat Hüseynli
Türkiyədə FETÖ və İŞİD-ə qarşı əməliyyatlarda 33 nəfər saxlanılıb
1 dəq oxu

Türkiyənin İzmir, Əskişəhər və Ağrı şəhərlərində FETÖ və İŞİD-ə qarşı keçirilən dörd ayrı əməliyyat nəticəsində 33 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb.

Nazirin sözlərinə görə, əməliyyatlar zamanı FETÖ-nün maliyyə əlaqələri və yenidən təşkilatlanma cəhdləri ilə bağlı faktlar aşkarlanıb. Ümumilikdə 35 şübhəlidən 33-ü saxlanılıb, birinin xaricdə olduğu müəyyən edilib, digərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Gürlək terror təşkilatlarının maliyyə mənbələrinə və təşkilati strukturlarına qarşı mübarizənin davam etdiriləcəyini bildirib.

Əlaqəli Xəbərlər