Sergey Lavrov Bakıya gəlib - YENİLƏNİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
Operativ Media xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi Bakı hava limanına eniş edib.
***
12:40
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Operativ Media Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
"Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək", - məlumatda qeyd olunub.