Menyu

Goranboyda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Nicat Hüseynli
Goranboyda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
1 dəq oxu

Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) 14.10.2026-cı il tarixində saat 15:40 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verən avtomobil qəzasında beş nəfər xəsarət alıb.

Hadisə nəticəsində "Chevrolet" və "VAZ 2107" markalı avtomobilləri toqquşub.

Zeynal Namazov (1991), Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988) və S.Bayramov (2024) xəsarət alıb.

Əlaqəli Xəbərlər