Menyu

Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib

Operativ Media
Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib
1 dəq oxu

Tehran–İstanbul reysi Təbriz hava limanına məcburi eniş edib.

Operativ Media xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb

Bildirilib ki, “İran Air Tour” şirkətinin Tehrandan İstanbula uçan, 116 sərnişin daşıyan 9700 saylı reysi texniki nasazlıq səbəbilə saat 18:00-da Təbriz hava limanına məcburi eniş edib.

Qeyd edilib ki, sərnişinlər tranzit zalına aparılıb.

Texniki nasazlığın aradan qaldırılması və ya əvəzedici reysin təmin edilməsi istiqamətində tədbirlər görülür.

Əlaqəli Xəbərlər