Menyu

KİV: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb

Operativ Media
KİV: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb
1 dəq oxu

Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Bildirilib ki, gəmiyə sentyabrın 23-də zərbə endirilib.

Gəminin operatoru Birləşmiş Ərəb Əmirliklərinin "Peonies Shipmanagement FZE" şirkəti olub.

Qeyd edək ki, bu gün daha əvvəl Hörmüz boğazında dəniz minasının partlaması nəticəsində göyərtəsində 2,5 min konteyner olan konteyner gəmisinin də batdığı məlum olub.

Əlaqəli Xəbərlər