Menyu

Fransada saxlanılanların sayı 8 minə yaxınlaşıb

Operativ Media
Fransada saxlanılanların sayı 8 minə yaxınlaşıb
1 dəq oxu

Fransada şagirdlərin etiraz aksiyalarına başlamasından indiyədək təxminən 8 min nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə BFMTV telekanalı ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılanların ümumi sayı 7 950 nəfərdir.

Onların 85 faizi yetkinlik yaşına çatmayanlardır.

Barəsində həbs qətimkan tədbiri seçilən 26 nəfərin isə 65 faizi yetkinlik yaşına çatmış şəxslərdir.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etirazları sentyabrın sonunda İl-de-Frans regionunda başlayıb və qısa müddətdə ölkənin digər ərazilərinə də yayılıb.

Aksiya iştirakçıları müəllim çatışmazlığına və dərs cədvəllərinin həddindən artıq yüklənməsinə etiraz edirlər.

Əlaqəli Xəbərlər