Menyu

Böyük Britaniya Çernobıl AES-in təmirinə 17 milyon funt ayıracaq

Operativ Media
Böyük Britaniya Çernobıl AES-in təmirinə 17 milyon funt ayıracaq
1 dəq oxu

Böyük Britaniya hökuməti Ukraynaya Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) qurğuların təmiri üçün 17 milyon funt sterlinq (22,5 milyon dollar) vəsait ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrılan vəsait Çernobıl AES-də qoruyucu örtüyün və havalandırma sisteminin bərpası, eləcə də qurğunun istismar müddətinin uzadılması üçün zəruri təmir işlərinə yönəldiləcək.

Qeyd olunub ki, korroziyanın aradan qaldırılması da təmir işlərinin əsas məqsədlərindən biridir. Əks halda, bu proses onilliklər ərzində beynəlxalq investisiyalar hesabına görülmüş işlərə zərər vura və uzunmüddətli ekoloji risklər yarada bilər.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2025-ci il fevralın 14-nə keçən gecə Çernobıl AES-də partlayış baş verdiyini təsdiqləyib. Agentliyin əməkdaşlarına pilotsuz uçuş aparatının stansiyanın dördüncü enerji blokunun üzərindəki qoruyucu örtüyə çırpıldığı bildirilib.

Hadisədən sonra qoruyucu qurğunun daxili örtüyünün zədələnməsinə dair əlamətlərin olmadığı, həmçinin ərazidə radiasiya səviyyəsinin normal və sabit qaldığı qeyd edilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə hadisə ilə bağlı Ukrayna tərəfinin ittihamlarını təkzib edərək, onları növbəti saxtalaşdırma cəhdi adlandırıb.

Əlaqəli Xəbərlər