ABŞ Montanada yeni silah sınağı poliqonu yaradacaq
ABŞ Müdafiə Nazirliyi Montanada pilotsuz uçuş aparatları və hipersəs sistemləri də daxil olmaqla, ən yeni silahların sınaqdan keçiriləcəyi hərbi poliqon yaratmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp oktyabrın 14-də açıqlama verib.
O bildirib ki, yeni poliqonda potensial avtonom silahlar, kosmosda döyüş texnologiyaları, radioelektron mübarizə vasitələri, eləcə də səsdən sürətli və hipersəs sistemləri sınaqdan keçiriləcək.
Tramp yeni sınaq mərkəzinin ABŞ-ın hərbi sahədə üstünlüyünü təmin etməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
ABŞ prezidenti, həmçinin bir sıra digər ştatların da poliqonun öz ərazilərində yerləşdirilməsinə ümid etdiklərini bildirib.
Qeyd edək ki, Tramp bu açıqlamanı noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Montanada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı verib.