Menyu

Deputat: AQEM-in Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir

Ayşən Sadıxzadə
Deputat: AQEM-in Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir
1 dəq oxu

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu, müxtəlif ölkələrlə əməkdaşlığının genişlənməsini və qlobal məsələlərin müzakirəsində fəal iştirakını bir daha gündəmə gətirir. Tədbirin əhəmiyyəti, iştirakçı ölkələrin təmsilçilik səviyyəsi və Azərbaycanın beynəlxalq əməkdaşlığa verə biləcəyi töhfələr diqqət mərkəzindədir.

Bu barədə Operativ Media-ya deputat Aydın Mirzəzadə danışıb.

O bildirib ki, bu nüfuzlu beynəlxalq təşkilatın tədbirinin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq birlikdəki nüfuzundan və tutduğu yüksək mövqedən xəbər verir. Azərbaycan artıq növbəti dəfə beynəlxalq diplomatiyanın mərkəzinə çevrilir:

“28 ölkənin dövlət başçısının və ya yüksək vəzifəli rəsminin Azərbaycana gəlməsi gözlənilir. Tədbirdə müzakirə olunacaq məsələlər həm ayrı-ayrı ölkələri, həm də bütövlükdə dünyanı düşündürən suallara cavab axtarışı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu sahədəki təcrübəsi də böyük maraq doğuracaq. Ölkəmiz müzakirə olunan məsələlərlə bağlı öz mövqeyini bildirəcək və təcrübəsini bölüşəcək. Eyni zamanda, digər ölkələrin təcrübəsi də Azərbaycan üçün maraq kəsb edir.

Bu tədbir həm ortaq mövqelərin formalaşdırılmasına, həm də ikitərəfli əlaqələrin gücləndirilməsinə imkan yaradacaq. Tədbir çərçivəsində çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.

Cənab Prezidentin artıq dünəndən etibarən qonaqları qəbul etməsi Azərbaycanla iştirakçı ölkələr arasında mövcud olan sıx əlaqələrin daha da gücləndirilməsinin gündəlikdə duran əsas məsələlərdən biri olduğunu göstərir”.

Əlaqəli Xəbərlər