Menyu

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Operativ Media
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
1 dəq oxu

Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.

Operativ Media xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Göstərilən səmimi və mehriban qonaqpərvərliyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edən Vo Thi An Suan qeyd edib ki, regionda və bütövlükdə dünyada mövcud olan çağırışlar fonunda Azərbaycan dialoqun inkişafına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib.

“Eyni zamanda, bu tədbirin yüksək səviyyədə təşkilində Azərbaycanın səyləri xüsusi vurğulanmalıdır”, - deyə o əlavə edib.

Əlaqəli Xəbərlər