Menyu

BVF: Körfəz ölkələrinin iqtisadiyyatı 2026-cı ildə 4,8% kiçilə bilər

Nicat Hüseynli
BVF: Körfəz ölkələrinin iqtisadiyyatı 2026-cı ildə 4,8% kiçilə bilər
1 dəq oxu

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Körfəz Əməkdaşlıq Şurasına (KƏƏŞ) üzv ölkələrin iqtisadiyyatı 2026-cı ildə 4,8% kiçiləcək, 2027-ci ildə isə 9,1% artacaq.

Operativ Media xəbər verir ki, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur məlumat verib.

Onun sözlərinə görə, Hörmüz boğazından yan keçmək imkanlarının məhdudluğu səbəbindən İraq, İran, Qətər və Küveyt böhrandan daha çox təsirlənib. Səudiyyə Ərəbistanı və BƏƏ alternativ təchizat marşrutları sayəsində zərbəni daha yaxşı dəf edib, Oman isə coğrafi mövqeyinə görə nisbətən az zərər görüb.

Əlaqəli Xəbərlər