Menyu

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib

Operativ Media
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib
1 dəq oxu

Bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun, Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq və dostluq və münasibətlərinin mövcud vəziyyəti və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan, Özbəkistan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Görüş zamanı nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər