Menyu

İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq edib

Nicat Hüseynli
İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq edib
1 dəq oxu

İran Ordusunun komandir müavini, kontr-admiral Həbibullah Səyyari Hörmüz boğazının bağlı olduğunu bildirərək, keçid cəhdlərinə qarşı xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Həbibullah Səyyari İran Silahlı Qüvvələrinin boğazda tam nəzarət və yoxlama imkanına malik olduğunu iddia edib.

Bildirib ki, boğazdan keçmək istəyən gəmilərin hərəkəti koordinasiyalı şəkildə həyata keçirilməlidir. Əks halda, keçid cəhdləri təhlükəli nəticələrə səbəb ola bilər.

Əlaqəli Xəbərlər