Menyu

Trampın xüsusi nümayəndəsi idman razılaşmaları üçün Moskvaya getməyə hazırdır

Nicat Hüseynli
Trampın xüsusi nümayəndəsi idman razılaşmaları üçün Moskvaya getməyə hazırdır
1 dəq oxu

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Paolo Zampolli idman sahəsində konkret razılaşmalar əldə etmək məqsədilə Moskvaya səfər etməyə hazır olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Paolo Zampolli "TASS"a müsahibəsində məlumat verib.

O, səfərin yalnız simvolik xarakter daşımamalı, real nəticələr verməli olduğunu vurğulayıb.

Diplomat ABŞ və Rusiya arasında futbol və hokkey oyunlarının keçirilməsi, eləcə də güləş sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Əlaqəli Xəbərlər