Menyu

Ər-Riyad hava limanı 20 hücuma məruz qalıb

Nicat Hüseynli
Ər-Riyad hava limanı 20 hücuma məruz qalıb
1 dəq oxu

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanı 20 hücuma məruz qalıb.

Operativ Media xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın mətbuat katibi Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, oktyabrın 7-dən 11-dək husilərin hücumları nəticəsində 17 nəfər həlak olub, 333 nəfər yaralanıb. Oktyabrın 10-da hava limanına 10 dron, raket və digər mərmilərlə hücum edildiyi qeyd olunub.

Əlaqəli Xəbərlər