Menyu

Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb

Operativ Media
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb
1 dəq oxu

Sudanın Şimali Kordofan ştatının Əbu-Zəymə kəndində "An-24" tipli hərbi təyyarə yaşayış evinə çırpılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Bildirilib ki, hadisə hərbi birləşmələrin nəzarətində olan ərazidə baş verib.

Nəticədə bir ailədən 5 uşaq həlak olub, anaları isə yaralanıb.

Hüquq müdafiəçiləri zərbəyə görə məsuliyyətin Sudan ordusunun üzərinə düşdüyünü bildiriblər.

Əlaqəli Xəbərlər