Menyu

ABŞ İrana qarşı sanksiyalar siyahısına daha 10 qurumu və 16 şəxsi əlavə edib

Operativ Media
ABŞ İrana qarşı sanksiyalar siyahısına daha 10 qurumu və 16 şəxsi əlavə edib
1 dəq oxu

ABŞ İrana qarşı sanksiyalarını genişləndirərək siyahıya Kuba bankını, daha 10 qurumu və 16 şəxsi daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunub.

Məlumata görə, Kubanın “Banco Internacional de Comercio” bankı İranın maliyyə qurumlarına xidmət göstərdiyinə görə sanksiyalara məruz qalıb.

Yeni məhdudiyyətlər İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş hüquqi şəxsləri də əhatə edir. Sanksiya siyahısına daxil edilən qurumlar arasında İraqda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Bankı (IIB) da var. Siyahıya əlavə edilən 16 şəxsin hamısının İran vətəndaşı olduğu bildirilir.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi Beynəlxalq İnkişaf Bankı ilə bağlı əməliyyatların başa çatdırılması üçün oktyabrın 30-dək qüvvədə olan ümumi lisenziya verib.

Qeyd edək ki, ABŞ-ın sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların ABŞ-dəki aktivlərinin dondurulmasını, həmçinin Amerika vətəndaşlarının və şirkətlərinin onlarla işgüzar əlaqələr qurmasının qadağan edilməsini nəzərdə tutur.

Əlaqəli Xəbərlər