Menyu

"Volkswagen" bəzi elektrikli avtomobillərini geri çağırıb

Operativ Media
"Volkswagen" bəzi elektrikli avtomobillərini geri çağırıb
1 dəq oxu

“Volkswagen” batareyalarda yanğın riski yaradan istehsal qüsuruna görə minlərlə elektrikli avtomobilini geri çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Bildirilib ki, problem 2023–2025-ci illərdə istehsal olunan VW ID.3, ID.4, ID.7, ID. Buzz və Cupra Born modellərinə aiddir.

Təhlükəsizlik məqsədilə avtomobillərin batareyalarının doldurulma səviyyəsi 80 faizlə məhdudlaşdırılıb.

ABŞ-də qüsur 22 mindən çox ID.4 modelinə təsir edib.

Əlaqəli Xəbərlər