Menyu

Lavrov: Rusiya TRIPP layihəsində iştirakla bağlı müraciət almayıb

Operativ Media
Lavrov: Rusiya TRIPP layihəsində iştirakla bağlı müraciət almayıb
1 dəq oxu

Rusiya indiyədək TRIPP layihəsində iştirakla bağlı heç bir rəsmi müraciət almayıb.

Operativ Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Lavrov qeyd edib ki, Rusiyanın regiondakı infrastruktur layihələrində iştirak etmək imkanları və buna hazır olması bütün maraqlı tərəflərə məlumdur.

“TRIPP layihəsində iştirakla bağlı hələlik bizə heç bir müraciət daxil olmayıb. Lakin Rusiyanın imkanları və infrastruktur layihələrində iştirak etməyə hazır olması hər kəsə məlumdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Əlaqəli Xəbərlər