Menyu

Samsung Android XR ağıllı eynəklərini noyabrda təqdim edə bilər

Operativ Media
Samsung Android XR ağıllı eynəklərini noyabrda təqdim edə bilər
1 dəq oxu

“Samsung”-un Android XR platforması əsasında hazırladığı ağıllı eynəklərin noyabr ayında təqdim olunacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə Samsung rəsmilərindən biri yerli mediaya açıqlama verib.

Məlumata görə, bu həftə eynəklərin satışa çıxarılması planlaşdırılan çərçivə və dizayn variantları da nümayiş etdirilib. Warby Parker və Gentle Monster kimi brendlərlə əməkdaşlıq çərçivəsində istifadəçilərə çərçivə və linzalar üzrə ümumilikdə 16-ya yaxın seçim təklif olunacaq.

Bununla belə, cihazların rəsmi satış qiyməti hələ açıqlanmayıb. 

Müqayisə üçün qeyd edək ki, Meta şirkətinin Ray-Ban ağıllı eynəklərinin ilk nəsli 224 dollara, yeni versiyası isə 379 dollardan başlayan qiymətlərlə satılır.

Gözlənilir ki, layihədə iştirak edən şirkətlər yaxın vaxtlarda təqdimat tarixi ilə bağlı rəsmi açıqlama versinlər.

Əlaqəli Xəbərlər