Menyu

Vatsapda mesajları əvvəlcədən planlaşdırmaq olacaq

Operativ Media
Vatsapda mesajları əvvəlcədən planlaşdırmaq olacaq
1 dəq oxu

Vatsap istifadəçilərə mesajları əvvəlcədən planlaşdıraraq müəyyən vaxtda göndərmək imkanı verən yeni funksiya üzərində işləyir.

Operativ Media xəbər verir ki, bu funksiya tətbiqin Android üçün 2.26.40.7 nömrəli beta versiyasında aşkarlanıb.

Məlumata görə, yeni funksiya istifadəçilərə mesajı əvvəlcədən hazırlamaq və onun daha gec, seçilmiş vaxtda avtomatik göndərilməsini planlaşdırmaq imkanı verəcək.

Qeyd edək ki, mesajların əvvəlcədən planlaşdırılması funksiyası hazırda Google Messages tətbiqində mövcuddur. 

Vatsapda isə bu yeniliyin nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələ açıqlanmayıb.

Əlaqəli Xəbərlər