Menyu

İstanbulda köməksiz qalan 3055 nəfər xilas edilib

Operativ Media
İstanbulda köməksiz qalan 3055 nəfər xilas edilib
1 dəq oxu

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, yağıntılar nəticəsində bir nəfər elektrik cərəyanının vurması nəticsində, iki nəfər isə boğularaq ölüb.

M. Çiftçi qeyd edib ki, İstanbul üzrə 3 055 nəfər Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Sahil Mühafizəsi, jandarm və bələdiyyə əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində xilas edilib.

"Hazırda İstanbulda beş, Kocaelidə isə bir nəfərin axtarışları davam etdirilir", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər