Menyu

Ceyhun Bayramov Hakan Fidan ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Hakan Fidan ilə görüşüb
1 dəq oxu

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.

Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər