Menyu

Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması ilk oxunuşda qəbul edilib

Operativ Media
Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması ilk oxunuşda qəbul edilib
1 dəq oxu

Milli Məclis (MM) ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqda dəyişikliyi ilk oxunuşda qəbul edib.

Operativ Media xəbər verir ki, bununla bağlı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir.

Qeyd edilib ki, təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.

Qanunvericiliyə uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.

Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər