Menyu

Çin ABŞ-nin nüvə danışıqlarına qoşulmaq tələbini rədd edib

Nicat Hüseynli
Çin ABŞ-nin nüvə danışıqlarına qoşulmaq tələbini rədd edib
1 dəq oxu

Çin ABŞ-nin Pekinin nüvə silahlarına nəzarət danışıqlarına qoşulması tələbini ədalətsiz və qeyri-real adlandırıb.

Operativ Media xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ninq bildirib.

Onun sözlərinə görə, ABŞ nüvə tərksilahı sahəsində xüsusi öhdəliklərini yerinə yetirməlidir. Mao Ninq əlavə edib ki, Çinin nüvə arsenalı ABŞ və Rusiyanın arsenalları ilə müqayisədə xeyli kiçikdir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə danışıqlarda nüvə silahlarına nəzarət məsələsini müzakirə etdiyini bildirib.

Əlaqəli Xəbərlər