Menyu

Deputat: Bakıdan dünyaya ünvanlanan mesajın mahiyyəti ədalət və suverenlikdir

Ayşən Sadıxzadə
Deputat: Bakıdan dünyaya ünvanlanan mesajın mahiyyəti ədalət və suverenlikdir
1 dəq oxu

Hər hansı beynəlxalq təşkilatda yer almaq, orada üstün mövqe tutmaq və təşkilatın imkanlarından istifadə etmək vacibdir. Biz də üzvü olduğumuz bütün təşkilatların imkanlarından səmərəli şəkildə, milli maraqlarımıza uyğun yararlanmağı düşünməliyik.

Bu sözləri Operativ Media-ya deputat Fazil Mustafa deyib.

O bildirib ki, Asiya ölkələrinin bu istiqamətdə bir birlik modeli varsa, onun imkanlarını, xüsusilə iqtisadiyyat və nəqliyyat-logistika sahələrində düzgün qiymətləndirmək lazımdır. Bunun üçün regionda müharibə ocaqlarının söndürülməsinə və sağlam münasibətlərin qurulmasına ehtiyac var:

“Bu quruma üzv olan ölkələrin bir qismi arasında da qarşıdurma və ciddi anlaşılmazlıqlar mövcuddur. Bu problemləri aradan qaldırmadan hər hansı beynəlxalq təşkilatın imkanlarından istifadə etmək asan deyil. Belə hallarda qəbul olunan sənədlər çox vaxt kağız üzərində qalır.

Biz çalışmalıyıq ki, bütün məsələlərdə Azərbaycanın rolu, maraqları və gələcəklə bağlı hədəfləri dəqiq müəyyənləşdirilsin. Eyni zamanda, bu istiqamətdə cəmiyyətin düzgün yönləndirilməsi mümkün olsun”.

Əlaqəli Xəbərlər