Menyu

Celal Çiftçi Azərbaycan xalqından və dövlətindən üzr istəyib

Operativ Media
Celal Çiftçi Azərbaycan xalqından və dövlətindən üzr istəyib
1 dəq oxu

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib.

Operativ Media xəbər verir ki, Çiftçi açıqlamalarının Azərbaycanda inciklik və üzüntüyə səbəb olmasına görə təəssüfləndiyini bildirib.

“İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm”, – deyə o qeyd edib.

Celal Çiftçi bildirib ki, məqsədi jurnalist kimi hicab məsələsinə həssaslığını, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olub. Bununla belə, fikirlərini çatdırarkən istifadə etdiyi dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli və özünü daha aydın ifadə etməli olduğunu vurğulayıb.

O, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsini istəmək niyyətinin olmadığını bildirib.

Çiftçi dini nifrət, düşmənçilik və ayrı-seçkilik yaratmaq niyyətinin də olmadığını qeyd edərək, bu istiqamətdə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib.

“Sözlərim belə bir çağırış kimi başa düşülübsə, həqiqi düşüncəmin bu olmadığını açıq şəkildə bildirirəm. Zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd edirəm. Heç kimi qanunsuz hərəkətlərə çağırmıram. Açıqlamalarımın da belə hərəkətlərə əsas kimi istifadə olunmasını istəmirəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Celal Çiftçi məsələ ilə bağlı bütün paylaşımlarını sildiyini, açıqlamalarına görə peşman olduğunu və bağışlanmasını xahiş etdiyini bildirib.

Əlaqəli Xəbərlər